RU

Qeyri-iş günlərinin vaxtı dəyişdi: Bu şəxslər narazı qaldı – SƏBƏB 

 Xəbər veriyimiz kimi, beş günlük iş həftəsində çalışanlar üçün 26, 27, 28 və 29 iyun tarixləri qeyri-iş günləri olacaq. Bu qərar bir çox vətəndaş üçün əlavə istirahət imkanı yaratsa da, taksi sürücüləri və xidmət sektorunda çalışanlar arasında narazılığa səbəb olub. Onlar bu müddətdə gəlir itkisi yaşadıqlarını və işlərinin nəzərəçarpacaq dərəcədə azaldığını bildiriblər.

Uzunmüddətli qeyri-iş günlərinin xidmət sektoruna hansı iqtisadi təsirləri mümkündür?

Globalinfo.az-a danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, qərar həmin sahələrdə çalışanların fəaliyyətinə birbaşa təsir göstərmir:

“Sadəcə ardıcıllıq təmin olunub, iş və istirahət günlərinin yerləri dəyişdirilib. Onsuz da 28 və 29 iyun şənbə və bazar günlərinə təsadüf edir. Əvəzində bu həftənin şənbə günü – iyunun 22-si iş günü elan olunub. Yəni ümumi iş günlərinin sayı azalmayıb. Bu səbəbdən gəlir itkisi ilə bağlı narahatlıq əsaslı deyil. Əsas problem qərarın vaxtında elan edilməməsidir. Yəni bu, cəmi bir neçə həftə əvvəl açıqlanıb. Halbuki, bir çox insan öz planlarını – iş görüşlərini, məhkəmə iclaslarını, səyahətləri əvvəlcədən qurur”.

İqtisadçı bildirib ki, belə qərarlar qəfil verilməməlidir:

“Hər bir dövlət qurumu və biznes öz fəaliyyətini əvvəlcədən planlaşdırmalıdır. Məhkəmə iclasları da bəzən aylarla qabaqcadan təyin olunur. Belə halların qarşısını almaq üçün qərarlar daha erkən, ilin sonunda açıqlanmalı idi. Nazirlər Kabineti bu məsələdə ən məsul orqandır. Əgər bizdə güclü iqtisadi idarəetmə olsaydı, belə addımlar öncədən, məsələn, 2024-cü ilin sonunda elan edilərdi. Çünki həmin vaxt növbəti ildə hansı günlərin bayram və qeyri-iş günü olacağı bəlli olur”.

Избранный
3
referans.az

1Источники