RU

Qeyri-neft sektorunda yeni mərhələ: kazino turizmi gündəmdə

Turizm bu gün həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr üçün iqtisadi artımın və məşğulluğun əsas mənbələrindən biri hesab olunur. Bir çox ölkələr turizm sektorundan əhəmiyyətli dərəcədə asılıdır və bu sahənin davamlı inkişafı, cəlbediciliyini artırmaq üçün strateji addımlar atırlar.

Ümumdünya Səyahət və Turizm Şurasının (WTTC) son hesabatına görə, 2024-cü ildə qlobal turizm bazarının həcmi 8,5 %-dən çox artaraq 10,9 trilyon ABŞ dollarına çatıb. Ötən il səyahət və turizm sahəsi dünya iqtisadiyyatının 10 %-ni təşkil edib. Bu sahədə çalışan insanların sayı isə qlobal miqyasda 357 milyona yüksəlib ki, bu da əvvəlki illə müqayisədə 6,2 % artım deməkdir. Beləliklə, dünya üzrə hər 10 iş yerindən biri bu sektora aiddir.

WTTC-nin proqnozlarına görə, 2025-ci ildə sektorun həcmi 11,7 trilyon ABŞ dollarına çatacaq (ümumdünya iqtisadiyyatının 10,3 %-i), məşğulluq göstəricisi isə 14 milyon nəfər artaraq 371 milyona yüksələcək. Bu, ABŞ əhalisinin sayından da çoxdur. Uzunmüddətli proqnozlara görə, 2035-ci ilə qədər sektorun illik dövriyyəsi 16,5 trilyon ABŞ dollara qədər arta bilər.

Azərbaycan üçün yeni iqtisadi imkan

Neftdənkənar iqtisadiyyatın inkişafını prioritet kimi müəyyən edən Azərbaycan üçün də turizm sektoru mühüm istiqamətlərdən biridir. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, bu sahədə davamlı inkişafın təmin olunması üçün strateji yanaşmalar, institusional islahatlar və maliyyələşmə mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulur.

Rəsmi statistikaya görə, 2024-cü ildə Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2,63 milyon nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 26 % çoxdur. Artan turist axını turizm infrastrukturunun təkmilləşdirilməsini, yeni istirahət və əyləncə obyektlərinin yaradılmasını zəruri edir. Bununla yanaşı, həm daxili, həm də xarici turizmin qeyri-mövsüm dövrlərdə təşviqi məsələsi də aktuallaşır.

Məsələ ilə bağlı “Report”a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov bildirib ki, kazinolara icazə verilməsi son illər dünyada geniş yayılmış bir tendensiyadır.

“Azərbaycanda kazino fəaliyyəti 1998-ci ildə ölkə Prezidentinin qərarı ilə qadağan edildi. Həmin dövrdə nəzarət və tənzimləyici mexanizmlər kifayət qədər formalaşmadığı üçün bu addım zəruri idi. Lakin bu gün bir çox ölkələr kazinolara qoyulan qadağaları aradan qaldırır. Məsələn, Özbəkistan və Qazaxıstan kimi ölkələr bu sahədə yeni mərhələyə qədəm qoyub. 2027-ci ildə isə Birləşmiş Ərəb Əmirliklərində ilk kazinonun açılması planlaşdırılır. Gürcüstan isə uzun illərdir ki, kazino sektorundan əhəmiyyətli gəlirlər əldə edir və bu baxımdan Azərbaycanın qonşuluğunda real nümunədir”, - deyə deputat qeyd edib.

Dayanıqlı turizmin yeni aləti

Qlobal təcrübə göstərir ki, qeyri-mövsüm turizmin stimullaşdırılmasında və sektorun dayanıqlı inkişafında kazino biznesi mühüm rol oynayır. Bu baxımdan qonşu Gürcüstan uğurlu nümunədir. Ərazi və əhali baxımından Azərbaycandan kiçik olsa da, turizm gəlirləri üzrə daha irəlidədir. Bu üstünlüyün əsas səbəblərindən biri isə kazino biznesinin leqallaşdırılmasıdır. 2024-cü ildə Gürcüstanda kazino sektorunun dövriyyəsi 28 milyard ABŞ dollarına çatıb. Gürcüstan kazinolarının əsas gəlir mənbəyi isə xarici vətəndaşlar, xüsusilə də azərbaycanlı turistlərdir.

Избранный
2
18
publika.az

10Источники