RU

Azərbaycanda dəhşətli qətl: əmisi oğlunu arvadının yatağında tutdu və...

Şamaxı rayonunda namus üstündə 2005-ci il təvəllüdlü Ramin Hacıyevi öldürməkdə təqsirli bilinən Tural Hacıyev və onun atası Mahir Hacıyevin məhkəməsi başa çatıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, ata və oğulun cinayət işinə Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baxılıb.

İttihama görə, 1994-cü il təvəllüdlü Tural Hacıyev 22 aprel 2023-cü ildə, gecə saat 3 radələrində yaşadığı evində mobil telefonunun zənginə oyanıb. O, arvadının gecələdiyi yataq otağına daxil olub. Əmisi oğlu Raminin otaqda yerləşən bir-birinin üzərində qoyulmuş iki ədəd çarpayının arasında olan boşluq hissədə gizləndiyini görüb.

Daha sonra Tural qonşuluqda yaşayan atası, 1967-ci il təvəllüdlü Mahirə zəng edib və onu yaşadığı evə dəvət edib. Mahir gəldikdən sonra saat 4 radələrində Raminin sintetik materialdan hazırlanmış iplə qollarını bilək və dirsək nahiyəsindən, ayaqlarını isə baldır nahiyəsində kip şəkildə bağlayıblar. Onlar bu hərəkətləri ilə Raminin sərbəst hərəkət etməsini məhdudlaşdırıblar və onu adam oğurluğu olmadan girov saxlayıblar.

Bundan sonra Tural arvadının onun əmisi oğlu ilə görüşməsi və ona xəyanət etməsi qənaətinə gəlib. O, qisas almaq məqsədilə Raminin öldürmək qərarına gəlib. Niyyətini həyata keçirmək üçün əmisi oğlunu boğaraq öldürüb.

“Əmim oğlundan heç vaxt şübhələnməmişəm”

İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 145.2.3 (yetkinlik yaşına çatmayan şəxs barəsində qanunsuz azadlıqdan məhrum etmə) və 145.2.4-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə, Mahir isə Cinayət Məcəlləsinin 145.2.3 və 145.2.4-cü maddələri ilə ittiham olunub.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2017-ci ildən ailəlidir, 2 uşağı var: “Əmim oğlu Ramin qohum kimi bizə gəlib-gedirdi, ondan heç vaxt şübhələnməmişəm. Hadisə olan gün gecə əmim oğlu Ramini arvadımla birlikdə yataq otağında tutdum. Həmin gecə səhər tezdən mal bazarına gedəcəyim ilə əlaqədar səhər tezdən durmalı olduğumdan uşaqları tezdən narahat etməmək üçün özüm qonşu otaqda tək yatmışdım. Telefonun səsinə oyandım və arvadımın yatdığı otağa keçəndə Ramini iki çarpayının arasında uzanmış gördüm. Onu görəndə şoka düşdüm”.

“Əmim oğlunu öldürdüyümü dedim”

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra atası Mahirə zəng vurub: “Atamdan tüfəngi və 2 ədəd patron gətirməsini dedim. Atam gələnə qədər Ramin uzandığı yerdən tərpənmədi. Mən Raminə yumruqla vurdum. Atam gəldi, lakin tüfəngi gətirmədi. Atam da vəziyyəti gördü, hər şeyi başa düşdü. Atam gələndən sonra həyətdən ip gətirdim, Raminin əlini və ayağını bağladım. Raminin əl-ayağını bağlayanda atam dedi ki, ona heç nə eləməyim, onu polisə verək. Mən isə atamın dedikləri ilə razılaşmadım. Atam mənə mane olmasın deyə onu evdən göndərdim. Bundan sonra Raminə əli və ayaqları bağlı vəziyyətdə ona yaxınlaşdım. Bu zaman Ramin özünü öldürmək istədiyini, onu buraxsam, onsuz da özü-özünü öldürəcəyini dedi. Raminin əllərini bağladığım ipi kəsərək onun boynuna keçirdim və onu həyətdəki mətbəxə apardım. Orada Ramin mətbəxdəki stulun üstünə çıxdı, taxta arakəsməyə ipi onun özü bağladı. Sonra Ramin özü ayağının altındakı stulu ayağı ilə aşırdı. Bundan dərhal sonra həyətə çıxdım və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim, əmim oğlunu öldürdüyümü dedim”.

Təqsirləndirilən şəxs bildirib ki, Ramini yumruq və təpik vurub, atası onu vurmayıb: “Raminin əl-ayağını atam gələndən sonra bağladım. Amma atam qapının ağzında dayandı, mənə kömək etmədi”.

“Öyrəndim ki, oğlum özü polisə təslim olub”

Digər təqsirləndirilən Mahir də ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə baş verən günü gecə saat 3 radələrində oğlu Tural ona zəng edib, tüfəngi və 2 patron gətirməsini istəyib: “Oğlumun evinə gəldikdə gördüm ki, qardaşım oğlu Ramin gəlinimin yataq otağında iki çarpayının arasında uzanıb. Mən gördüklərimdən dəhşətə gəldim və Raminə şillə vurdum. Bundan sonra oğlum Tural həyətdən ip götürdü və Raminin əl-ayağını bağladı. Daha sonra Raminə yumruq, təpik vurdu. Mən Turala Ramini vurmamasını, həm qardaşım oğlunun, həm də gəlinin ailəsini çağırmağı, baş verənləri onlara deməyi və polisə məlumat verməsini dedim. Turalın uşaqları səs-küyə oyanaraq ağladılar. Bunun üçün uşaqları öz yaşadığım evə apardım. Bir az sonra Tural zəng etdi, qardaşım oğlu Raminin özünü öldürdüyünü dedi. Oğlumun evinə qayıdanda Tural evdə olmadı. Öyrəndim ki, Tural özü polisə təslim olub”.

“Bu bir ailənin faciəsidir”

Избранный
2
2
publika.az

3Источники