RU

"Zirə"nin rəqibi üç futbolçu ilə müqavilə bağladı

BAKI. 19 iyun. TELEQRAF

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"yə rəqib olan Xorvatiyanın "Hayduk" klubu üç istedadlı futbolçu ilə müqavilə bağlayıb.

Teleqraf Split təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bunlar Dominik Babiç, Lovre Lonçar və Duye Milişiçdir.

Babiç və Milişiçlə 3 illik, Lonçarla 2 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Dominik Babiç "Osiyek"dən transfer olunub. 18 yaşlı cinah yarımmüdafiəçisi ötən mövsüm "Zirə"yə qarşı Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü vaxtı Bakıda ehtiyat oyunçular skamyasında qalıb. Xorvatiyanın U-19 yığmasının futbolçusu "Osiyek"lə müqaviləsi bitdiyi üçün "Hayduk"a azad agent kimi keçib.

19 yaşlı hücumameylli yarımmüdafiəçi Lovre Lonçar və 18 yaşlı sol cinah yarımmüdafiəçisi Duje Milişiç isə "Hayduk" akademiyasının yetirmələridir.

Qeyd edək ki, "Zirə" "Hayduk"la ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.

Избранный
8
1
teleqraf.com

2Источники