RU

Süni intellektlə mənə göz vuran Mono Liza... - Təbriz VƏFALI YAZIR

Təbriz VƏFALI,    

Azərbaycan İnformasiya Mərkəzinin direktoru

***

Azərbaycanda informasiya texnologiyalarının yüksək templi inkişafı bütün dünyanı nə qədər heyrətə salsa da, bu texnologiyalardan istifadə edən əksər vətəndaşlarımızın hazırladıqları xəbərlər, videolar və şəkillər digər ölkələrin sakinlərini bir o qədər şoka salmaqdadır.

Məsələn, elə götürək süni intellekti. Əcnəbilər süni intellekt deyilən texnologiya ilə maşınları məcbur edirlər ki, onlar insanlar kimi düşünsünlər, öyrənsinlər və qərar qəbul etsinlər. Xarici ölkələrdə süni intellektlə inşan zəkasının funksiyalarını təsdiq edirlər, problemlərin həllinə nail olurlar, dil öyrənirlər, müxtılif tapşırıqları yerinə yetirirlər. Əcnəbilər tibb, sağlamlıq, maliyyə, nəqliyyat, təhsil, hökümətin idarə edilməsi, hətta təhlükəsizlik məsələlərinin icrasında belə sünii ntellektin imkanlarından geniş istifadə edirlər. Azərbaycanda isə...

Vallah bizimkilərdən yoxdur, ey. Zalım uşaqları süni intellektlə ömründə çılpaq şəkli, erotik və pornoqrafik videosu olmayan tanınmışları lümbələmlüt soyundururlar, hazırladıqları videolarda onlara istədiklərini etdirirlər. Kimlərisə bir-birləri ilə ölüm-dirim savaşına, əlbəyaxa döyüşə çıxartdırırlar. Hətta süni infelllektlə  bəyəndikləri futbol komandaların digər  komandaları 100-0 hesabı ilə udacaq proqramlaşdırmadan istifadə edirlər. Hələ müxtəlif "iqra"ları süni intellekt yolu ilə kəşf edənlərin və bütün günü bu oyunları oynamaqla vaxtlarını" öldürənlərin" əllərinə əcnəbilər su tökə bilməzlər. 

Bizimkilərdəki bacarıq, qabiliyyət o qədər yüksəkdir ki, onların nə düşündüklərini, nə  fikirləşdiklərini xaricilər min ilə də düşünə bilməzlər. Axı, onlar hardan bilsinlər ki, göz vurmaq, göz-qaş etmək nəmənə olan şeydir. Bizimkilər Mono Lizanı süni intellektlə elə bəzəyiblər ki, bu əfsanəvi xanım mənə göz vurur, dil çıxardır, qarşını-gözünü əyir, arada öpüş göndərir. 

Əşşi, xaricilər nə qanırlar belə şeyləri. Yaşasın bizimkilər... 

Vaxtilə mərhum şairimiz Mirzə Ələkbər Sabir deyirdi ki:

“Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz".

MİA.AZ

Избранный
9
1
mia.az

2Источники