RU

ABŞ-ın ağır bombardmançı təyyarələri İrana hücuma hazırlaşır - "Atəşkəs deyil, zəfər gözləyirəm"

ABŞ prezidenti Donald Trampın İrana hücum planlarını təsdiq edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ-ın “Wall Street Journal” nəşri yazıb.

Nəşr hökumət mənsublarına söykənərək, Trampın iyunun 17-də hücumla bağlı əmri imzaladığını iddia edib: "Lakin o, hazırda İsrailin hücumunun nəticəsini və Tehranın nüvə proqramından imtina edib-etməyəcəyini gözləyir. Böyük ehtimala Tramp yaxın günlərdə Tehranın nüvə obyektlərinə ABŞ-ın ağır bombardmançı təyyarələrinin zərbə endirmələrinə əmr verəcək. Bölgədəki Amerika ordusu artıq tam hazır vəziyyətə gətirilib".

Tramp isə hücum əmri ilə bağlı sualdan yayınıb: "Mən atəşkəs deyil, açıq zəfər istəyirəm".

Samir MUSAYEV
MİA.AZ

Избранный
2
1
mia.az

2Источники