Ali Məhkəmədə vətəndaşı işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən Samir İsmayılovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.İsmayılov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Qeyd: Təqsirləndirilən şəxs S.İsmayılov tanışı olan Elxan Əliyevin etibarından sui-istifadə edərək ona qarşı külli miqdarda dələduzluq edib. Belə ki, o, zərərçəkmiş şəxsi işə düzəltmək və biznesə şərik etmək adı ilə aldadaraq 57 min 800 manat maddi ziyan vurub.
S.İsmayılova qarşı Cinayət Məcəlləsinin 178.3.2-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsində ittiham irəli sürülüb.
Kamal Məmmədov