İranın şərqindəki Məşhəd şəhərində İsrailə işləyən azı 18 PUA mühəndisi saxlanılıb.
“Yeni Sabah” bildirir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb. Bildirilir ki, gizli fəaliyyət göstərən konstruktorlar İsrail üçün casus və döyüş pilotsuz təyyarələri hazırlayıblar.
Onları hansı cəzanın gözlədiyi isə hələlik bilinmir.
Telegram kanalımız