Fransa prezidenti Emmanuel Makron gözlənilməz qərar verərək, İsraili İrana hücumu dərhal dayandırmağa çağırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yelisey Sarayı açıqlama yayıb.
Açıqlamada deyilir ki, Makronun İsrailin İrana hücumlarla bağlı Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasını keçirib: "İclasda Makron İsrailin İranın nüvə və ballistik proqramı ilə əlaqəsi olmayan hədəflərə hücumları və mülki vətəndaşların ölümü faktlarının artmasından narahatlığını dilə gətirib. O, regional təhlükəsizlik üçün ciddi risklər yaradan bu hərbi əməliyyatların dərhal dayandırılmalı olduğunu deyib. Fransa prezixenti İranın nüvə və ballistik proqramının daimi həllinin danışıqlar yolu ilə mümkün olduğunu qeyd edib"
"Fransa dialoqa başlamağı tələb edir" deyən Makron Fransanın xarici işlər naziri Jan-Noel Barrotun İsrailin İrana hücumlarına son qoyacaq danışıqlar aparmaq üçün avropalı tərəfdaşlarla görüşməyi də tapşırıb.
Samir MUSAYEV
MİA.AZ