RU

KDÇ də qapıçılarla bağlı yeni qaydadan ilk dəfə istifadə edildi

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-da yeni formatda keçirilən Klublararası Dünya Çempionatı davam edir. "Football-plus.az" xəbər verir ki, dünən F qrupu çərçivəsində Cənubi Koreya təmsilçisi Ulsan ilə Cənubi Afrika təmsilçisi Mamelodi Sandauns qarşılaşdı. Görüş güclü yağış və ildırım çaxması üzündən 1 saat gec başladı. Amma afrikalıların minimal hesabla üstün olduğu oyun təkcə gec başlaması ilə əlamətdar olmadı. Oyunda Beynəlxalq Futbol Assosiasiyaları Şurası tərəfindən qəbul edilən yeni qərar ilk dəfə tətbiq edildi. Söhbət qapıçıların topu əllərində maksimum 8 saniyə saxlaya bilmələri qərarından gedir. 83-cü dəqiqədə ''Mamelodi Sandauns''un qapıçısı topu əlində 8 saniyədən çox saxlayınca, hakim oyunu dayandıraraq ''Ulsan''ın lehinə künc zərbəsi təyin etdi. Daha öncə qapıçılara topu 6 saniyə əllərində saxlamağa icazə verilirdi. Amma hakimlər bu qaydaya heç vaxt ciddi yanaşmırdılar. Əvvəlki qaydaya görə 6 saniyə tamam olduqdan sonra rəqib komanda cərimə zərbəsi vurmaq hüququ qazanırdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
1
icma.az

2Источники