RU

Tramp İrana hücum planını təsdiqlədi – ABŞ ordusu “VUR“ əmrini gözləyir

ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikasına qarşı mümkün hərbi əməliyyat planlarını gizli şəkildə təsdiqləyib. Bu barədə nüfuzlu Wall Street Journal nəşri ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Məqaləyə görə, Tramp və onun milli təhlükəsizlik komandasının hazırladığı hücum planı artıq Pentagon və Mərkəzi Komandanlıq tərəfindən razılaşdırılıb. Lakin prezident hələlik son əmri verməyib və əməliyyatın həyata keçirilməsi məsələsi “diplomatik nəticələrdən və İranın reaksiyasından asılı olaraq” dəyərləndiriləcək.

Mənbələrin verdiyi məlumata əsasən, hücumun əsas hədəfi İranın Fordo şəhərində yerləşən yeraltı nüvə zənginləşdirmə obyektidir. ABŞ kəşfiyyatı bu obyektin son aylarda aktivləşdiyini və uranın 90%-ə qədər zənginləşdirilməsi səviyyəsinə yaxınlaşdığını qeydə alıb.

Bununla yanaşı, Tramp administrasiyası İsraillə koordinasiyalı əməliyyat planı üzərində işləyir.

Musavat.com ABŞ mediasına istinadla yazır ki, Trampın bu qərarı verməkdə əsas məqsədinin İranın nüvə proqramının qarşısını almaq və regional güc balansını ABŞ və İsrailin xeyrinə dəyişmək olduğu bildirilir.

Ekspertlər hesab edirlər ki, əgər Tramp son əmri versə, bu, İranla ABŞ arasında açıq hərbi toqquşmaya səbəb ola bilər və bölgədə fəlakətli nəticələrə yol aça bilər.

Musavat.com


Telegram kanalımız
Избранный
2
5
yenisabah.az

6Источники