RU

Rusiya Prezidenti: Trampla görüş faydalı olardı, amma buna hazırlıq aparılmalıdır

Rusiya Prezidenti Vladimir Putin Amerika lideri Donald Trampla görüşün faydalı olacağını qeyd edib. Lakin onun sözlərinə görə, görüşə qədər hazırlıq işləri aparılmalıdır.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, Rusiya Prezidenti bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşündə deyib.

"Cənab Trampla mümkün görüşə gəlincə, şübhəsiz ki, son dərəcə faydalı olardı. Ancaq mən Amerika Birləşmiş Ştatlarının Prezidenti ilə əlbəttə razıyam ki, goruş hazırlanmalı və bəzi müsbət nəticələrlə başa çatmalıdır", - Rusiyanın dövlət başçısı deyib.

Избранный
4
2
report.az

3Источники