RU

Arvadı türk mediaqmaqnatını Rusiyaya tək buraxmaq istəmədi

BAKI, 19 iyun. TELEQRAF

Prezident Vladimir Putin Türkiyənin Anadolu Agentliyinin baş direktoru Sərdar Qaragözün Rusiyaya həyat yoldaşı ilə birgə gəlişinizarafatla şərh edib.

Teleqraf xəbər verir ki, Rusiya rəhbəri Vladimir Putinlə görüşən dünya xəbər agentliklərinin rəhbərləri arasında Sərdar Qaragöz də olub.

TASS-ın təşkil etdiyi dialoqda moderator qismində çıxış edən agentliyin baş direktorunun birinci müavini Mixail Qusman onuxüsusi təqdim edərək, Anadolu rəhbərinin tədbirə həyat yoldaşı ilə gələn yeganə iştirakçı olduğunu qeyd edib.

V.Putin buna zarafatla cavab verib: "Ya arvadı ilə gəlib, ya da arvadı onu buraxmayıb. Bunu bilmirik".

M.Qusmanın qeyd etdiyi kimi, söhbət zamanı S.Qaragöz açıq şəkildə etiraf edib ki, həyat yoldaşı onun təkbaşına gəlişinin qəti əleyhinə olub.

Xatırladaq ki, bu gün Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində aparıcı dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşüb.

Избранный
15
teleqraf.com

1Источники