RU

Putin Almaniyanın niyə Ukraynada vasitəçi kimi çıxış edə bilmədiyini izah edib

Rusiya prezidenti Vladimir Putin Almaniyanın Kiyevə silah tədarükü ilə bağlı Ukrayna ilə danışıqlarda vasitəçi kimi çıxış edə biləcəyinə şübhə etdiyini bildirib...

Poliqon xəbər verir ki, o, bunu qlobal xəbər agentliklərinin rəhbərləri ilə görüşdə deyib 

"Vasitəçi neytral olmalıdır. Döyüş meydanında Almaniyanın "Leopard" tanklarını görəndə, indi isə Rusiyaya zərbələr endirmək üçün "Taurus" raketlərinin tədarükü müzakirə olunur, bu, suallar doğurur", Rusiya prezidenti bildirib.

Putin həmçinin qeyd edib ki, Almaniyanın Ukraynaya “Taurus” qanadlı raketləri verməsi hərbi əməliyyatların gedişinə təsir etməyəcək, əksinə, Rusiya ilə münasibətləri ciddi şəkildə pisləşdirəcək. O, aydınlaşdırıb ki, Almaniya digər Avropa ölkələri kimi artıq münaqişədə neytral dövlət hesab edilmir.

Poliqon.info 

Избранный
15
poliqon.info

1Источники