RU

Yeniyetmə şahmatçılara sınaq

Azərbaycanda yeniyetmə şahmatçıların hazırlıq səviyyəsini yoxlamaq üçün sınaq testi keçirilib. Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəsmisi bildirib ki, məşqçilər Nicat Məmmədov və Ramil Alacovun hazırladığı sınaq dörd yaş kateqoriyasında təşkil olunub.

Əsas məqsəd şahmatçıların mənimsəmə qabiliyyətini öyrənərək nəticə barədə AŞF-nin müvafiq departamentinə, şəxsi məşqçilərə, o cümlədən, ­valideynlərə ətraflı məlumat verməkdir.

Qeyd edək ki, Azərbaycanın istedadlı yeniyetmə şahmatçıları hazırda Nicat Məmmədovun rəhbərliyi altında məşqlərdə iştirak edir.

M.HACIXANLI 
XQ 

 

Избранный
11
9
xalqqazeti.az

10Источники