ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Zaqatala rayon "14 nömrəli Yol İstismarı" idarəsinə yeni rəis təyin olunub.
Oxu.Az Bizim.Media-ya istinadən xəbər verir ki, AAYDA-nın sədri Saleh Məmmədovun müvafiq əmri ilə bu vəzifəyə əvvvəllər də bir sıra dövlət vəzifələrində çalışmış Süleyman Süleymanov təyin edilib.
Qeyd edək ki, "14 nömrəli Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətinin keçmiş direktoru Rüstəm Paşayev 2025-ci ilin fevralında rəsmi icazə sənədlərinə yalan məlumatlar daxil etməklə Zaqatala rayon sakini Muhuma Qudayev tərəfindən rayonun Maqov kəndi ərazisindən keçən yolun üzərindəki 136 min manat dəyərində olan müxtəlif növ ağacların şəxsi məqsədlər üçün ekoloji tələblərə zidd olaraq kəsilməsini təşkil edib.
Aparılan araşdırmalar zamanı onun ağacların bioloji inkişafına mənfi təsir göstərən nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib və o, həbs olunub.
Hazırda iş məhkəmə baxışındadır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.