RU

Bu legioner də “Fənərbağça”nı tərk edəcək

"Fənərbağça" klubla müqaviləsi başa çatan Brayt Osayi-Samuellə bağlı qərar verib.

Bizim.Media xəbər verir ki, İstanbul nəhəngi nigeriyalı müdafiəçi ilə yollarını ayıracaq. Bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.

Klub Osayi-Samuelin maaş tələbini qəbul etməyib. Buna görə də 27 yaşlı sağ cinah müdafiəçisi ilə yeni sözləşmə imzalanmayacaq.

Qeyd edək ki, Brayt Osayi-Samuel 2021-ci ilin yanvar ayından "Fənərbaxça"da çıxış edir. Nigeriya millisinin üzvü ötən mövsüm Super Liqa təmsilçisinin heyətində keçirdiyi 39 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
4
bizim.media

1Источники