RU

İran ABŞ-yə etiraz notası göndərdi

İran ABŞ Prezidenti Donald Trampın İslam Respublikası və onun rəhbərliyinə qarşı təhdidlərinə görə ABŞ-yə etiraz notası göndərib.

Redaktor.az-ın məlumatına görə, bu barədə "Mehr" xəbər agentliyi İran Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “ABŞ Prezidentinin təhdidləri ilə bağlı məsuliyyətsiz bəyanatlarından sonra ABŞ-nin maraqlarını təmsil edən İsveçrənin Tehrandakı səfiri xanım Nadine Lozano Xarici İşlər Nazirliyinə çağırılıb və ona dərhal ABŞ hökumətinə çatdırılması üçün etiraz notası təqdim edilib”.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp eyham vurmuşdu ki, Tehran onun ultimatumunu qəbul etməsə, bu ölkə İran və İsrail arasındakı münaqişədə birbaşa iştirak edə bilər.

Turan İSMAYIL

Избранный
24
3
redaktor.az

6Источники