RU

Azərbaycan COP29 sədrliyi çərçivəsində iqlim şəffaflığına xüsusi önəm verir - XİN nümayəndəsi (FOTO)

Bakı. Trend:

“Bu il Paris Sazişinin icrasında mühüm bir mərhələni qeydedirik. Birinci İkiillik Şəffaflıq Hesabatlarının (BTR) təqdimolunması sadəcə prosedur öhdəliyi deyil – bu, ölçülə bilən,hesabatlı və yoxlanıla bilən iqlim fəaliyyətinə dair ortaqməsuliyyətimizin kollektiv təsdiqidir. Bu səylər qlobal iqlimrejimində qarşılıqlı etimadın formalaşması üçün vacibdir”.

Trend xəbər verirki, bu fikirləri Azərbaycanın COP29 sədrliyinin nümayəndəsi, Xariciİşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsinin rəisiv.i.e. Şahin Şahyarov Bonn İqlim Sammitində “GücləndirilmişŞəffaflıq Çərçivəsi üzrə Dialoq” mövzusundakı panel sessiyadaçıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan COP29 sədrliyi çərçivəsindəiqlim şəffaflığına xüsusi önəm verir.

“Sədrliyimiz çərçivəsində Bakı Qlobal İqlim ŞəffaflığıPlatforması (BTR) adlı təşəbbüs irəli sürülmüşdür ki, bu platformatərəflərə – xüsusilə də inkişaf etməkdə olan ölkələrə – BTR-lərinhazırlanması və yekunlaşdırılması prosesində, eləcə də davamlışəffaflıq səyləri üçün institusional potensialın gücləndirilməsindədəstək göstərməkdə davam edir.

Keçən dövr ərzində BTP çərçivəsində tərəfdaş ölkələr vətəşkilatlarla birlikdə Azərbaycan, Toqo, Keniya və Qazaxıstan vədigər ölkələrdə bir neçə seminar təşkil olunmuşdur. Bundan əlavə,BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Qlobal İqlimŞəffaflığı Forumu və COP29 zamanı İqlim Şəffaflığı ilə bağlıNazirlər Səviyyəsində iclas təşkil edilmişdir. Görüşlərdə iqlimşəffaflığı ilə bağlı əldə olunan nəticələr və Azərbaycanın buistiqamətdə verdiyi töhfə təqdir olunmuş, iqlim hesabatlılığınınəhəmiyyəti bir daha vurğulanmışdır.

Hazırkı tarixə qədər 100-dən çox ölkə BTR-lərini təqdim edib ki,bu da qlobal səviyyədə artan siyasi iradə və öhdəliyin barizgöstəricisidir.

Azərbaycan üçün bu, yalnız liderlik məsələsi deyil, həm dəhəmrəylik və praktiki dəstəyin ifadəsidir. Biz iqlim şəffaflığınıhəm milli, həm də qlobal səviyyədə ambisiyanın artırılması,hesabatlılığın təmin olunması və daha düzgün iqlim siyasətləri vətədbirlərinin formalaşdırılması üçün mühüm alət hesab edirik.BTP-nin əməkdaşlıq, texniki təcrübə mübadiləsi və potensialınartırılması sahəsində faydalı platforma olması kontekstindəAzərbaycan inkişaf etməkdə olan ölkələrin hesabatlılıqsistemlərinin və şəffaflıq çərçivələrinin gücləndirilməsindədəstəyini davam etdirəcəkdir”, - deyə Şahin Şahyarov əlavəedib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
9
5
az.trend.az

6Источники