Gəncədə yeniyetmə qız yanıq xəsarəti alıb.
Leqal.info xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
Şəhər sakini 2010-cu il təvəllüdlü G. Verdiyeva üz, əl və saçının yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata əsasən, G. Verdiyeva yaşadığı evin vanna otağında qazla çalışan qızdırıcını yandıran zaman ehtiyatsızlıqdan partlayış olub.
Nəticədə yeniyetmə qız yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта