RU

Nəsli kəsilmək üzrə olan su samuru GÖRÜNTÜLƏNDİ

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Türkiyədə Tekirdağ sahilində, nəsli kəsilmək təhlükəsi ilə üzləşən su samuru vətəndaşlar tərəfindən mobil telefon kamerası ilə görüntülənib.

Redaktor.az xəbər verir ki, suyun üzərində qısa müddət ərzində görünən və balıq ovlayan su samuru sahildə olan insanların diqqətini cəlb edib. Balığını yeyən samur daha sonra gözdən itmişdir.

Qeyd edək ki, su samurları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının qırmızı siyahısına daxil edilib və Türkiyədə qorunan heyvan növləri sırasındadır.

Kənan YUSİF 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
1
redaktor.az

2Источники