RU

Goranboyda əkin sahələri suvarıla bilinmir – Sakinlər çıxış yolundan DANIŞDILARVİDEO

Əkin sahələri susuz qalıb... Subartezian quyusunda suyun azalması kəndliləri çətin vəziyyətə salıb...

Xezerxeber.az xəbər verir ki, Goranboyun Faxralı kəndində yaşayan sakinlər 70 hektardan artıq əkin sahələrini suvara bilmədiklərini deyirlər. Səbəb təxminən 63 il öncə qazılan subartezian quysunda suyun azalmasıdır. Kəndlilər bildiriblər ki, günəbaxan, taxıl və yonca sahələri susuzluqdan məhv olur.

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı Goranboy Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinə də müraciət ediblər. Amma sakinlərin dərdinə çarə tapan olmayıb.

Goranboy Su Melorasiya Sistemlərinin İstismarı İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, hazırda sözügedən quyuda su azalıb. Ondan daha az su verən quyular var ki, hazırda növbədə onların bərpasıdır. Gələcək illərdə Faxralı kəndi ərazisində yerləşən subartezian quyusunun da bərpası nəzərdə tutulub.

İdarədən oda bildirildi ki, sakinlərin su problemini həll etmək üçün yaxınlıqdakı digər artezian quyusundan həmin sahələrə su verilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
11
xezerxeber.az

1Источники