RU

Paytaxtda tikinti şirkətinin apardığı işlər yolu yararsız hala saldı - ŞİKAYƏTVİDEO

Yol çöküb, sakinlər narazıdır...

Xezerxeber.az xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində aparılan tikinti işləri ilə əlaqədar yol yararsız hala düşüb.

Sakinlər deyir ki, yol daşlarla işləndiyindən tarixi yol kimi tanınır. Lakin indi bu daşların bir hissəsi çıxarılaraq kənara atılıb. Buna səbəb isə, ağır tonnajlı maşınların yolda intensiv hərəkətidir.

Sakinlərin problemi ilə əlaqədar "ArchiCo MMC" tikinti şirkəti ilə əlaqə saxladıq. Özünü tikinti rəhbəri kimi təqdim edən Namiq adlı şəxs bildirdi ki, sakinlərin müraciəti var və yol bərpa olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
7
1
xezerxeber.az

2Источники