RU

Cüdo üzrə dünya çempionatında Zelim Kotsoyev bürünc medal qazanıb

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Olaylar xəbər verir ki, yarışın altıncı günündə Azərbaycan millisinin daha bir təmsilçisi - 100 kq çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuz Zelim Kotsoyev tatami üzərinə çıxıb.

İlk mərhələdən azad olan idmançımız 1/16 finalda italiyalı Cennaro Pirellini, 1/8 finalda isə qazaxıstanlı Marat Baykamurovu məğlub edərək 1/4 finala yüksəlib. Bu mərhələdə o, Beynəlxalq Cüdo Federasiyasını (IJF) təmsil edən Arman Adamyanla qarşılaşıb və məğlub olaraq təsəlliverici görüşlərə qatılıb.

Təsəlliverici qarşılaşmada ispaniyalı Nikolos Şerazadişvilini məğlub edən Kotsoyev bürünc medal uğrunda cənubi koreyalı Sex-Yon Kimlə qarşılaşıb. İnamlı çıxışla rəqibini üstələyən cüdoçumuz dünya çempionatının bürünc medalını qazanıb.

Qeyd edək ki, bu nəticə ilə Azərbaycan yığmasının aktivindəki medal sayı üçə çatıb. Daha əvvəl Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) də bürünc medal qazanıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
3
1
olaylar.az

2Источники