ABŞ Prezidenti Donald Trampın dünən axşam rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı olub.
Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında telefon danışığı əsnasında gedən müzakirələri şərh edib.
O, bildirib ki, Putin İran-İsrail münaqişəsinin həllində ona vasitəçilik etməyi təklif edib:
“Putinə dedim ki, birinci Rusiya və Ukrayna ilə bağlı vasitəçilik edək, sonra İran ətrafındakı vəziyyətə baxarıq”.