RU

Səhiyyə Nazirliyi ölkədə mövsümi xəstəliklərlə bağlı vəziyyəti açıqlayıb

Bakı. Trend:

Mövsüm dəyişməsi zamanı insanlarda müxtəlif xəstəliklərinyaranması ilə tez-tez rastlaşırıq. Hər bir mövsümün özünə xasxəstəlikləri var ki, zaman-zaman baş qaldırır.

Mövsümi xəstəliklərlə bağlı hazırda ölkədə vəziyyətnecədir?

Mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyininmütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazovbildirib ki, havaların istiləşməsi ilə əlaqədar qrip infeksiyasınanadir təsadüf olunur.

“Adətən, yaz-yay aylarında hava-damcı üsulu ilə yoluxan virusinfeksiyaları - adenovirus, rinovirus, paraqrip virusu, o cümlədən,enteroviruslara yoluxma hallarına rast gəlinir. Bunların əlamətlərioxşar olduğuna görə bəzən əhali arasında yay qripi kimi tanınır.Xəstələnmə halları qısamüddətli olur və tez sağalır”.

Təyyar Eyvazov qeyd edib ki, hazırda mövsümi infeksiyalarayoluxma hallarına rast gəlinsə də, ciddi artımlar müşahidəolunmur.

Məsələ ilə bağlı Trend-ə danışan infeksion xəstəlikləri və klinikmikrobiologiya uzmanı Vasif Əliyev isə bildiribki, ümumiyyətlə, mövsümə uyğun olaraq müəyyən xəstəliklər daha çoxmüşahidə olunur.

“Qış mövsümündə xüsusilə yuxarı tənəffüs yollarının infeksionxəstəlikləri geniş yayılır. Bu da, əsasən, virus infeksiyalarınınyaxın təmasda, qapalı məkanlarda insandan insana asanlıqlaötürülməsi ilə bağlıdır. Bu infeksiyalara xüsusilə uşaqlar daha çoxyoluxur; uşaq bağçaları, məktəblər kimi kollektiv yerlərdə yayılaninfeksiya daha sonra evdə böyüklərə də keçə bilər.

Yay mövsümündə isə, əsasən, mədə-bağırsaq infeksiyaları, qidazəhərlənmələri, ishal, qarın ağrısı kimi xəstəliklər önə çıxır.Bunların yaranma səbəbi, adətən, natəmiz su və ya qida qəbuludur.Çimərliklərdə, ictimai yerlərdə gigiyenaya riayət olunmaması, şəxsiəşyaların paylaşılması kimi hallar da risk yaradır”.

Həkim qeyd edib ki, hər bir xəstəlikdən qorunmaq üçünprofilaktik tədbirlər görülməlidir.

“Qış aylarında bronxit, qrip, pnevmoniya kimi respiratorxəstəliklərdən qorunmaq üçün sağlam qidalanma, mövsümə uyğungeyinmək, xəstələrlə təmasdan uzaq durmaq və ehtiyac olduqdapeyvəndləmə vacibdir.

Yayda isə dənizə girərkən və sonra gigiyenik qaydalara əməletmək, yaş paltarda qalmamaq, yalnız təmiz, mənşəyi məlum olan suvə qidalar qəbul etmək, şəxsi əşyaların paylaşılmaması kimitədbirlər xəstəliklərin qarşısını almağa kömək edər”, - deyə VasifƏliyev əlavə edib.

Избранный
5
6
az.trend.az

7Источники