Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bu gün Azərbaycanın bir cüdoçusu mübarizəyə qoşulub.
Offsideplus.az xəbər verir ki, olimpiya, dünya və Avropa çempionu Zelim Kotsoyev tatamiyə çıxıb.
O, 1/16 finalda italiyalı Cennaro Pirellini, 1/8 finalda isə qazaxıstanlı Marat Baykamurovu ippona fəndinə salıb.
1/4 finalda Kotsoyev Beynəlxalq Cüdo Federasiyasını təmsil Arman Adamyana məğlub olub.
Təsəlliverici görüşlərə qatılan idmançımız Nikoloz Şerazadişvili (İspaniya) və Seheon Kimə(Cənubi Koreya) də ipponla qalib gələrək yığmamıza sayca 3-cü bürünc medalı qazandırıb.
Bundan öncə Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.
Sabah, dünya çempionatının son günündə yeganə təmsilçimiz Uşanqi Kokauri (+100 kq) çıxış edəcək.
Eyni zamanda, qarışıq komanda yarışında Azərbaycan yığması Almaniya ilə üz-üzə gələcək.