RU

"Oğlum 44 günlük Vətən Müharibəsində yaralansa da, nə əlillik, nə də veteran statusu verilmir" - TOVUZ SAKİNİNİN İDDİASINA RƏSMİ CAVAB

Tovuz rayon, Aşağı Quşçu kənd sakini Tağıyev Əbulfət Fəxrəddin oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şİkayət məktubu daxil olub. Şikayətçi bildirir ki, oğlu Tağıyev Fəxrəddin Əbülfət oğlu 44 günlük Vətən Müharibəsində iştirak etsə də, heç bir status verilməyib:

“Mən, Tağıyev Əbulfət Fəxrəddin oğlu, yazaraq bildirirəm ki, oğlum Tağıyev Fəxrəddin Əbülfət oğlu 44 günlük Vətən Müharibəsinin iştirakçısı olub. Savaşda döş qəfəsindən qəlpə yarası və kəllə-beyin travması alıb. Bununla belə, oğluma nə veteran statusu, nə də əlillik dərəcəsi verilməyib.

Oğlum torpağından ötrü canını verməyə hazır olub. Müharibə olsa, yenə də getməyə hazırdır. Amma ona qarşı rəsmi qurumlar tərəfindən biganəlik var. 

Fəxrəddinin hələ də dözülməz ağrıları olur. İş qabiliyyətini itirib. Bu qədər haqsızlıq olmaz, axı. Xəstəliyi olmayan adamlar pul verib əlillik düzəltdirir, mən xəstə uşağıma əlillik dərəcəsi ala bilmirəm.

Səlahiyyətli qurumlardan xahiş edirəm ki, müharibə iştirakçılarının haqlarının yeyilməsinə imkan verməyin".  

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Hürriyyət"-ə bildirilib ki, Tovuz rayon sakini 2002-ci il təvəllüdlü Tağıyev Fəxrəddin Əbülfət oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 2 il ərzində tibb müəssisəsi tərəfindən heç bir forma 88 göndərişi rəsmiləşdirilməyib: 

"Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. 

Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni forma-88 sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndirilə bilər".

Jalə FAMİLQIZI

Избранный
2
2
hurriyyet.az

3Источники