RU

Qrossi dinc nüvə proqramı məsələsində dağıdıcı rol oynayır İran

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi İranın sülhməramlı nüvə proqramı məsələsində dağıdıcı rol oynayıb.

Bizimyol.info xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami deyib.

“Qrossi İranın sülhməramlı nüvə proqramı ilə bağlı öhdəliklərini yerinə yetirməyib. Onun İrana qarşı dağıdıcı rolu tarixə yazılacaq”, - deyə İRNA xəbər agentliyi Eslaminin açqlamasından sitat gətirib.

“Onun (Qrossinin) gecikməsi İsrail rejiminin qeyri-qanuni məqsədlərinə çatmasına yol açdı”, - deyə AEOI rəhbəri vurğulayıb.

Eslami həmçinin əmin edib ki, “iranlılar heç bir təhsir və təzyiqə boyun əyməyəcəklər”.

İsrail iyunun 13-nə keçən gecə İranın nüvə proqramına qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. Sonrakı günlərdə İsrail və İran yenidən bib-birinə qarşılıqlı zərbələr vurmağa davam ediblər. Hər iki tərəf bu hücumlar nəticəsində itki və xəsarət alanlar barədə məlumat verib və bir sıra hədəfləri vurduğunu etiraf edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
50
bizimyol.info

10Источники