RU

SON DƏQİQƏ! Sabah İlham Əliyev bu ölkəyə gedəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətinə əsasən 2025-ci il iyunun 19-da ölkəmizə səfər edəcək.

İNFOAZ.WS xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

“Cənab Prezidentimizin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2023-cü ilin fevral ayında ölkəmizdə baş vermiş zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Qəhrəmanmaraş şəhərində inşa edilən “Azərbaycan Məhləsi” adlı daimi yaşayış məhəlləsinin açılışı həyata keçiriləcək” – deyə Fəxrəddin Altun əlavə edib.

Onun sözlərinə görə, səfər zamanı Türkiyə ilə Azərbaycan arasında münasibətlərin mövcud vəziyyəti və aktual regional inkişaflarla bağlı fikir mübadiləsinin aparılması da nəzərdə tutulur.

Избранный
7
3
infoaz.ws

4Источники