RU

Latviyalı parlamentarilər postmünaqişə dövründə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda mövcud vəziyyət barədə məlumatlandırılıblar

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 18 iyun, AZƏRTAC

Xəbər verdiyimiz kimi, iyunun 16-17-də Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov və ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov Latviyaya işçi səfər ediblər.

Azərbaycanın Latviyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Latviya Seyminin xarici əlaqələr komitəsinin sədri İnara Murniyetse, ATƏT Parlament Assambleyasındakı Latviya nümayəndə heyətinin rəhbəri İnqrida Tsirtsene, Latviya Seymində Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun sədri Oleqs Burovs və qrupun üzvləri ilə görüşlər keçirilib.

Görüşlərdə Latviya tərəfinə Azərbaycanın üzləşdiyi mina təhlükəsi, humanitar minatəmizləmə sahəsində aktual aspektlər haqqında məlumat verilib, beynəlxalq yardım və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

ANAMA-nın humanitar minatəmizləmə fəaliyyəti, mina təhdidlərinin yaratdığı fəsadlar və insan həyatına vurduğu zərər diqqətə çatdırılıb, Azərbaycanın sözügedən sahədə topladığı təcrübə qeyd edilərək, toplanmış bilik və bacarıqların beynəlxalq tərəfdaşlar ilə bölüşülməsi imkanlarından bəhs olunub.

Latviya tərəfi, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi və bu prosesə mane olan amillər, davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işləri barədə məlumatlandırılıb.

Eyni zamanda, Azərbaycan və Latviya arasında müxtəlif sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyi qeyd olunaraq, ikitərəfli və beynəlxalq platformalarda parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, eləcə də qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
4
azertag.az

5Источники