"Zirə" Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk Split" ilə üz-üzə gələcək.
Split təmsilçisi 114 illik tarixə malikdir. Onlar 1911-ci ildə yaradılıb.
"Hayduk Split" Yuqoslaviya dövründə 9, Xorvatiya müstəqillik qazanandan sonra isə 6 dəfə ölkə çempionu olub.
Lakin onların sonuncu çempionluğunun üzərindən artıq 20 il keçib.
"Hayduk Split" başa çatan mövsümü Xorvatiya çempionatında 63 xalla 3-cü yerdə bitirib. Onlar mövsüm bitəndən sonra baş məşqçiləri Cennaro Qattuzo ilə vidalaşıblar.
Qeyd edək ki, Qattuzo İtaliya yığmasının yeni baş məşqçisi təyin olunub.
Split klubu Çempionlar Liqasında 3 dəfə 1/4 final oynamağı bacarıb. Bunun da sonuncusu 30 il öncə baş verib.
Onlar eyni zamanda Avropa Liqası və Kuboklar Kubokunda yarımfinal oynamağı bacarıblar.
Köhnə günlərindəki qədər əzəmətli olmasalar da, hələ də çox təhlükəli rəqibdilər.
Əlavə edək ki, "Zirə" və "Hayduk Split" arasındakı ilk matç iyunun 24-də Bakıda, cavab qarşılaşması isə 1 həftə sonra Xorvatiyada oynanılacaq.