AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən “D” kateqoriyalı məşqçi kurslarına start verilib.
Apasport.az xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil edilən kursa 30 nəfər cəlb olunub.
AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və aparıcı mütəxəssis Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıblar.
Kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə və Fərrux İsmayılov tərəfindən iştirakçılara ilkin futbol bilikləri haqqında məlumat verilib.
Qeyd edək ki, kurs 3 gün davam edəcək.
Elmar Baxşıyev: “Bunun üçün vaxtımız var”
KL: “Sabah” məğlub olsa, bu rəqiblə qarşılaşacaq
"Araz-Naxçıvan" 4 futbolçu ilə yollarını ayırıb
Çempionlar Liqası: "Qarabağ"ın ilk rəqibi bəlli oldu
Millimizin Belarus yığması ilə keçirəcəyi oyunların yeri açıqlanıb