RU

Tramp: Putin İrana dair vasitəçilik təklif etdi amma mən rədd etdim

ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı İranla bağlı danışıqlarda vasitəçi olmağı təklif edən Putinə dərhal “yox” cavabı verib.

“Dünən Putinlə danışdım. O, İranla bağlı vasitəçilik təklif etdi. Mən isə dedim: ‘Vladimir, əvvəlcə Rusiya ilə vasitəçilik et!’” – deyə Tramp jurnalistlərə açıqlamasında bildirib.

Tramp həmçinin Rusiya və Ukraynanı “axmaq ölkələr” adlandırıb və bir daha qeyd edib ki, əgər ABŞ prezidenti o olsaydı, Rusiya-Ukrayna müharibəsi başlamazdı.

Избранный
57
50
operativmedia.az

10Источники