İranlı nümayəndələr Ağ Evlə əlaqə saxlayıb, Ağ Evə gəlməyi təklif ediblər.
Day.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
Tramp bildirib ki, Yaxın Şərqdəki gərginlik hələ də aktualdır:
"Hələ heç nə bitməyib, çox pis şeylər ola bilər".
Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp İranı qeyd-şərtsiz təslim olmağa çağırıb.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran "Həqiqi Vəd III Əməliyyatı" ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.