Bakı. Trend:
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotikvasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyatkeçirilib.
Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbir zamanı narkoşəbəkənin daha 2 üzvü - 39yaşlı Vitaliy Belenki və 44 yaşlı Miralim Əliyev saxlanılıblar.
Onlardan 18 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmişmarixuana aşkarlanıb.
Onlar narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılannarkotacirdən əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdırmağıplanlaşdırdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbsqətimkan tədbiri seçilib.
Araşdırma aparılır.