Ukraynaya daha ciddi dəstək verməliyik, əks halda, Avropa rus dilini öyrənməli olacaq.
Ölkə.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas bəyan edib.
Aİ-nin baş diplomatı hesab edir ki, ittifaq Ukraynanı dəstəkləmək üçün üzərinə düşəni edir. “Ən azından ona görə ki, Ukrayna Avropanın ilk müdafiə xəttidir. Rusiya isə ancaq gücə cavab verir”, - diplomat qeyd edib.
Kallas qeyd edib ki, Avropa Ukraynanın və özünün təhlükəsizliyi üçün daha çox iş görməlidir.
"Artıq Ukraynaya kömək etməsək, hamımız rus dilini öyrənməyə başlamalıyıq. Bu gün Ukrayna döyüş meydanında nə qədər güclü olsa, Rusiya danışmağa hazır olanda da danışıqlar masası arxasında daha güclü olacaq", - o bildirib.
Mürtəza
Ölkə.az