Görkəmli pianoçu və bəstəkar Alfred Brendel 94 yaşında vəfat edib.
Bu barədə "The New Your Times" məlumat verib.
Onun ölümün səbəbi açıqlanmayıb. Ailəsinin verdiyi məlumata görə, Brendel iyunun 17-də Londondakı evində dünyasını dəyişib.
O, oğlu violonçel ifaçısı Adrian Brendel ilə bir ansamblda çıxış edib və şeirlər nəşr edib. 2002-ci ildə Alfred Brendel Robert Şuman mükafatına, 2004-cü ildə isə Ernst Simens mükafatına layiq görülüb.