RU

Azərbaycanlı xizəkçi Rusiyada bürünc medal qazandı

BAKI, 18 iyun. TELEQRAF

Azərbaycanın xizəkdə tramplindən tullanma üzrə idmançısı Zahir Cəfərov Rusiyanın Nijni Novqorod şəhərində keçirilmiş yarışda medal qazanıb.

Teleqraf Azərbaycan Qış İdman Növləri Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarış bu gün baş tutub.

Cəfərov 50 idmançı arasında 3-cü yerə sahib çıxıb.

Избранный
15
9
teleqraf.com

10Источники