Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında Konfrans Liqasının II mərhələsinin püşkü atılıb.
Operativ Media xəbər verir ki, mübarizəyə bu mərhələdən başlayacaq “Zirə” Xorvatiyanın “Hayduk” komandası ilə qarşılaşacaq.
İlk oyun 24 iyul tarixində Bakıda, cavab qarşılaşması isə iyulun 31-də səfərdə keçiriləcək.