RU

Kazinolar Azərbaycana yüz milyonlarla gəlir gətirə bilər - AÇIQLAMA

Müasir dövrdə ölkələrin iqtisadi inkişafında turizm və əyləncə sənayesinin rolu getdikcə artır. Qlobal kazino bazarının sürətli böyüməsi fonunda bir çox ölkələr bu sahəni strateji gəlir mənbəyinə çevirib.

BAKU.WS xəbər verir ki, Gürcüstan, Qazaxıstan, Özbəkistan kimi yaxın region dövlətləri qumar oyunlarının leqallaşdırılması hesabına həm turist axınını artırır, həm də büdcə gəlirlərində əhəmiyyətli artım müşahidə edirlər. 

Azərbaycanda kazinoların yalnız xüsusi zonalarda, hüquqi və sosial nəzarət mexanizmləri çərçivəsində fəaliyyət göstərməsi, ölkəyə yüksək gəlirli ("premium") turistləri cəlb edə, regionlarda iqtisadi fəallığı artıraraq yeni iş yerləri və infrastruktur inkişafına təkan verə bilər.

İqtisadçı ekspert Natiq Cəfərli BAKU.WS-ə bildirib ki, hər hansı bir sahənin hansısa bir formada qadağan olunması, o sahə ilə bağlı problemlərin həll olunmasına xidmət etmir. Dünyada belə bir praktika yoxdur. Ona görə də Azərbaycanda da bu sahənin leqallaşması və ölkə iqtisadiyyatında mühüm rol oynaya bilməsi imkanları araşdırılmalıdır:

"Azərbaycan vətəndaşlarından kimin həvəsi varsa, Gürcüstana, Kiprə, ya başqa ölkələrə zatən həm dincəlmək üçün, həm kazinoda oyun oynamaq üçün gedirlər. Yəni bunun qadağalarla qarşısını almaq mümkün olmayacaq. Zatən belə bir potensial var. Gürcüstan örnəyini götürsək, təqribən 500 miyon dollarlıq Gürcüstan iqtisadiyyatına kazinoların xeyri var. Kazino sektoru 24 minə yaxın birbaşa və dolayı iş yerləri yaradıb. Fikrimcə, ölkəmizdə kaznioların gizli fəaliyyət göstərməsinin qarşısını almaq üçün müəyyən qanunlar çərçivəsində leqallaşdırılmasına, turizmin inkişafı, iş yerlərinin yaradılması üçün bu potensialdan istifadə olunmasına imkanlar və fürsətlər var. Mən bunu normal qarşılayıram.

Hesab edirəm ki, bu sahəni lisenziyalaşdırmaq yolu və vergilər vasitəsilə büdcəyə əlavə vəsait daxil ola bilər. Bir neçə min iş yeri yarana bilər və bu, Azərbaycan iqtisadiyyatında heç mənfi rol oynamaz".

Избранный
18
far.az

1Источники