İsrail Hərbi Hava Qüvvələri İran Müdafiə Nazirliyinin binasına zərbələr endirib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər teleqram kanallarında yayılıb.
Hadisə nəticəsində ölən və yaralananların sayı ilə bağlı hələlik məlumat yoxdur.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan "Yüksələn aslan" əməliyyatına başlayıb. İslam Respublikası buna cavab olaraq, iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib.
İsrail və İran sonrakı günlərdə də bir-birilərinə qarşılıqlı zərbələr endiriblər. Hücumlar nəticəsində hər iki tərəfdən çox sayda ölən və yaralıların olduğu bildirilib.
Bizim.Media