RU

Oğlunun Ukraynada həlak olmasına, özünün isə infarkt keçirməsinə baxmayaraq döyüşə göndərildi

Rusiya Federasiyasının Tümen vilayətindən olan hərbi qulluqçu oğlunun xüsusi hərbi əməliyyat zonasında həlak olmasından və özünün infarkt keçirməsindən sonra cəbhəyə yola salınıb.

Herbiand.az bildirir ki, onun hekayəsini 72.ru saytı yayımlayıb.

Məlumata görə, 48 yaşlı rusiyalı 2022-ci ilin oktyabrında Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb. Həmin vaxt onun oğlu artıq xüsusi hərbi əməliyyat zonasında idi. 2022-ci ilin sonunda oğlunun itkin düşdüyü məlum olub. 2025-ci il yanvarın 27-də isə onun ölümü ilə bağlı ailəyə rəsmi məlumat verilib.

48 yaşlı rusiyalının həyat yoldaşı iddia edir ki, oğlunun ölümündən və infarktdan sonra ərinin səhhətində problemlər yaranmağa başlayıb, lakin o, yenidən döyüş bölgəsinə göndərilib: “O bölməyə getdi, fikirləşirdik ki, orada saxlayacaqlar, amma sözün əsl mənasında iki gündən sonra cəbhəyə göndərdilər. Biz oğlumuzun ölümünü təsdiq edən sənədləri komandanlığa verdik. Əvvəlcə dedilər ki, bu, “sübut deyil”. Onda biz oğlumun xidmət etdiyi bölmədən teleqram aldıq”.

Onun sözlərinə görə, oğlunun xüsusi hərbi əməliyyat zonasında ölümü hərbi hissədə rəsmən təsdiqləndikdən sonra Mərkəzi Hərbi Dairə rusiyalının daimi dislokasiya məntəqəsinə köçürülməsi barədə əmr göndərib: “Amma bunun əvəzində heç bir izahat verilmədən başqa bölməyə, motoatıcı batalyona keçirilib”.

Müdafiə Nazirliyi daha sonra nəşrə bildirib ki, hərbçinin hazırda xidmət etdiyi bölmənin komandanlığı ailə ilə görüşüb və elə edib ki, rusiyalı ön cəbhədə olmasın. Nazirlik məsələnin necə həll edildiyi barədə ətraflı məlumat verməyib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
12
herbiand.az

1Источники