RU

Dünya şöhrətli arxeomusiqişünas Bakıda mühazirə oxudu FOTO

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan Milli Konservatoriyasında “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünyaca məşhur arxeomusiqişünas və bəstəkar Richard Dumbrill mühazirə oxuyub.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

O, mühazirədə Yaxın və Orta Şərqin arxeomusiqiologiyasını, xüsusilə şumer, babil və hurri dillərində yazılmış musiqi nəzəriyyəsinin mixi mətnləri ilə bağlı öz şərhini verib.

R.Dumbrill Yaxın və Orta Şərq musiqi mədəniyyətinə aid biliklərinə əsaslanan görüşlərini iştirakçılar arasında bölüşüb. O, qədim Şərqin musiqi mədəniyyətinə həsr etdiyi kitablarından sitatlar gətirib.

Mütəxəssisin müxtəlif musiqi nəzəriyyələrinə həsr olunan mühazirəsi dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

İyunun 22-dək davam edəcək festival Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
3
bakivaxti.az

4Источники