RU

İlham Əliyev sabah Türkiyəyə GEDƏCƏK

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 19-u Türkiyəyə səfər edəcək.

Viral.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildirib.

Onun sözlərinə görə, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.

Son Yazılar:

Səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə 2023-cü ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələlərdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraşda “Azərbaycan Məhəlləsi” adı ilə inşa edilən yaşayış kompleksinin açılışı həyata keçiriləcək.

Səfər zamanı, həmçinin hər iki ölkə arasındakı münasibətlərlə yanaşı, aktual regional proseslər barədə də fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Избранный
7
24
viral.az

10Источники