Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) əcnəbilərə İsrailin futbol klubları ilə müqavilələri dayandırmağa icazə verib.
Moderator.az-ın xəbərinə görə, bu barədə "One" nəşri məlumat verib.
Məlumata görə, indi futbolçular İsrail klublarını maddi itkilər olmadan tərk edə biləcəklər, komandalar isə buna etiraz edə bilməyəcəklər.
Qeyd edək ki, Təl-Əvivi təmsil edən "Makkabi" klubu 2024/25 mövsümündə İsrail çempionu olub.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail "Yüksələn aslan" adlı əməliyyata başlayıb, İrandakı nüvə və hərbi obyektlərə zərbələr endirib. Zərbələr nüvə silahı ilə bağlı infrastruktura, eləcə də iranlı generalların olduqları ərazilərə endirilib.
Həmin gün axşam saatlarında SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) "Əsl vəd - 3" adlı cavab əməliyyatının başladığını elan edib və İsrailə raket zərbələri endirib.