RU

DGK nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq Paşa K Firması kimindir?

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı "Paşa-K” Firmasından ümumi tibbi sərf materialları alacaq. 

Qaynarinfo-nun məlumatına görə, şirkət Mərkəzi Hospitalın bununla bağlı keçirdiyi tendering qalibi seçilib. Bu tender üzrə "Paşa-K” Firmasının qiymət təklifi 1 419 915,83 manat olub. 

Əczaçılıq sahəsində fəaliyyət göstərən "Paşa-K” Firması 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti, ev 138, mənzil 1-də yerləşir. Firmanın qanuni təmsilçisi isə Rzayev Elxan Abduləli oğludur. 

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. 

"Paşa-K” Firması ilk dəfə 2021-ci ildə qanunsuz olaraq pul müqabilində vətəndaşlara saxta COVID-19 vaksin sertifikatı təqdim edən şəxslər barəsində başlanan cinayət işi ilə gündəmə gəlib. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş cinayət idarəsi tərəfindən aparılmış istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhəri 20 saylı şəhər poliklinikasında həkim-terapevt Günay Hüseynovanın həmin poliklinikada tibb bacısı Nailə Musayeva, Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın Mehdiabad Ailə Sağlamlıq Mərkəzində mama-ginekoloq Esmira Xudayarova, Mərkəzi Dəmir Yol Xəstəxanasının həkim-terapevti Bəsdi Behbudova və "Paşa-K” firmasının reklam üzrə mütəxəssisi İlahə Quliyeva ilə əlbir olub saxtakarlıq etdiyi üzə çıxıb.

Adlarıçəkilən şəxslər Bakıda 100 nəfərdən artıq şəxsin hər birindən 200-250 manat məbləğdə pul alınması müqabilində COVİD-19 əleyhinə peyvənd vurulmadan vaksin sertifikatının verilməsini, qeydiyyata alınmasını və vətəndaşlar barədə "E-Təbib” portalında mövcud olan məlumatların dəyişdirilməsini təşkil ediblər.

Daha sonra isə mediada "Paşa-K” Firmasına məxsus apteklərdə qiymətlərin şişirdildiyi barədə məlumatlar yayılıb. Beləliklə, "Paşa-K” Firmasının şübhəli şirkət olması barədə rəy formalaşıb. 

Buna baxmayaraq, şirkət satınalma müsabiqələrində fəal iştirak edir və adətən iri məbləğli tenderlərin qalibi seçilib. Firma cari ildə 4 tenderin qalibi olub. Bu tenderlər üzrə satınalma müqavilələrinin toplam maliyyə dəyəri 2 401 296,13 manat təşkil edir. 

Seyid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
2
qaynarinfo.az

3Источники