RU

İyulda minimum əmək haqqı artacaq?

2025-ci ilin əvvəlində müəyyənləşdirilmiş minimum əməkhaqqı, sürətlə artan inflyasiya qarşısında ciddi şəkildə dəyər itirib. Bu səbəbdən milyonlarla işçi iyul ayında artıma dair hökumətdən gələcək açıqlamaları səbirsizliklə gözləyir.

News24.az bildirir ki, minimum əməkhaqqının artırılacağı ilə bağlı gözləntilər artdığı bir vaxtda, iqtidar partiyasının – AKP-nin – Qrup sədri Abdullah Güler məsələ ilə bağlı danışıb. Güler bildirib ki, hələlik bu mövzuda konkret bir iş aparılmır:

“Maliyyə naziri Əmək və Sosial Müdafiə naziri və Cevdet Yılmaz bəyin rəhbərliyi ilə daha əvvəl olduğu kimi bir qiymətləndirmə toplantısı keçiriləcək. Hazırda artımın ediləcəyini və ya edilməyəcəyini demək doğru olmaz. İyul ayından etibarən dövlət qulluqçuları və təqaüdçülərin maaşlarında artım demək olar ki, qəti olaraq gözlənilir. Lakin minimum əməkhaqqı üçün oxşar bir addım hələ ki gündəmə gətirilməyib. 2024-cü ilin iyulunda ara zam edilməməsi, bu ilki gözləntiləri daha da artırıb".


Избранный
10
news24.az

1Источники