RU

Artırılan müavinət və təqaüdləri nə vaxt ALA BİLƏCƏYİK...

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin imzaladığı fərmanla sosial müavinətlər və təqüdlər artırılıb.

 Ümumilikdə, fərmanla sosial müavinət və təqaüdlər orta hesabla 20 % artırılır.

Fərman Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci ilin əvvəlindən icra olunan 5-ci sosial islahat paketnin tərkib hissəsidir və 3 milyon vətəndaşı əhatə edir. Vətəndaşların əməkhaqqı, pensiya, müavinət və təqaüdlərinin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat vəsait ayrılıb.

Artımların əsasən şamil olunduğu əhali qrupları aşağıdakılardır: şəhid ailələri, aztəminatlı ailələr, əlilliyi olan şəxslər (o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər), beş və daha çox uşağı olan qadınlar, ailə başçısını itirmiş ailələr və digər həssas sosial qruplar. Bu kateqoriyalara yönələn sosial ödənişlər üzrə hər bir sosial islahat paketi çərçivəsində artımların həyata keçirilməsi, son illərdə həmin ödənişlərdə ciddi artımlara nail olunması dövlətin onlara olan xüsusi qayğısının əməli təzahürüdür.

Vətəndaşlar artırılan təaüdləri nə vaxt ala biləcək?

Modern.az-ın xəbərinə görə, bu barədə ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında məlumat verilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin fərman və sərəncamları ilə 2018-ci ildən etibarən ardıcıl şəkildə həyata keçirilən və 4 milyondan çox vətəndaşı əhatə edən beş sosial islahat paketinin hər biri üzrə əməkhaqqı və pensiyalarla yanaşı, müavinət və təqaüdlərdə də artımlar həyata keçirilib.

Nazir əlavə edib ki, müavinət və təqaüdlərdə yeni artımlar edilmiş vətəndaşlar artıq gələn aydan bu ödənişləri artırılmış şəkildə alacaqlar.

Избранный
18
9
modern.az

10Источники