RU

Paytaxt üzrə 528 müəllim sertifikatlaşdırma prosesinə dəvət olunub

Bakı, 18 iyun, AZƏRTAC

İyunun 18-də dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, qaydalara müvafiq olaraq, sertifikatlaşdırma imtahanı ilə bağlı məlumat iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 528 müəllim (ötən illərdən qalan riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili, ingilis dili və digər xarici dillər üzrə peqaqoji fəaliyyətinin 3 ili tamam olmuş və ya sosial məzuniyyətdən qayıtmasının 1 ili tamam olmuş ilk dəfə iştirak edən müəllimlər) sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə dəvət olunub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavinləri Anar Qədiməliyev, Xəyalə Əhmədzadə, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri imtahan mərkəzlərinə gəlib və imtahan öncəsi müəllimlərə öz tövsiyələrini verib, uğurlar arzulayıblar.

Sertifikatlaşdırmanın test imtahanı mərhələsi iyunun 18, 19, 20, 24 və 25-də Bakı şəhəri üzrə 9 imtahan mərkəzində təşkil edilir.

Test imtahanı mərhələsində 120 dəqiqə müddətində müəllimlərə tədris fənni üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədin kompüterinin ekranında görünür.

Test imtahanında mümkün 60 baldan minimum 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququ qazanacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2022-ci il 18 avqust tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə 

Избранный
11
2
azertag.az

9Источники